Qüllə və zirvəsindəki bağlı otaq


Beynimizdə qavradıqlarımıza görə xarici aləmdəki hər şeyin əsli ilə təmasda olduğumuzu zənn etməyiniz böyük bir xətadır. Çünki əsla beynimizdən kənara çıxaraq buna nəzarət etmək imkanımız yoxdur. Gördüyümüz və hiss etdiyimiz hər şey Allahın bizim ruhumuza göstərdiyi hisslərdir. Tək mütləq varlıq isə hər şeyin Yaradıcısı olan, aləmlərin Rəbbi Uca Allahdır.
Bu məqalənin başlığını əmələ gətirən sözügedən qüllə anlayışı hər şeyin beynimizdə əmələ gəlməsi həqiqətini daha yaxşı açıqlamaq üçün istifadə etdiyimiz bir nümunədir.
Mənası budur: əgər hal-hazırda beyninizin içində olan dünya görüntüsünün və öz bədəninizə aid görüntünün kənarda bir də maddi əslinin olduğunu iddia edirsinizsə, onda bütün bu görüntüləri kəllənin içində daşıyan nəhəng bir bədənin varlığını da qəbul etməlisiniz. Bu halda siz hər şeyi beyninizdə qavradığınıza görə sanki nəhəng bir qüllənin təpəsindəki kiçik bir otağa həbs edilmiş kiçik bir adamsınız. Bu nəticəyə necə gəldiyimizi mərhələ-mərhələ düşünək:

Allah bizim keçmişimizi və gələcəyimizi bir an olaraq bilir və görür

Bəzi insanlar, “necə olsa qədərimdə nə varsa o olacaq, o zaman mənim heç bir şey etməyimə ehtiyac yoxdur” deyərək yanlış qədər anlayışı qəbul edirlər. Yaşadıqlarımızın qədərimizdə müəyyən olduğu həqiqətdir. Biz daha o hadisəni yaşamadan əvvəl o hadisə Allah qatında yaşanmışdır və məlumatı da bütün təfərrüatı ilə Allah qatındakı Lövhü Məhfuz adlı kitabda yazılıdır. Ancaq, Allah hər insana sanki hadisələri dəyişdirməyə, öz qərar və seçiminə görə hərəkət etməyə imkanı varmış kimi bir hiss verir. Məsələn insan, su içmək istədiyində bunun üçün “qədərimdə varsa içərəm” deyərək oturub gözləməz. Bunun üçün qalxar, stəkanı götürər və suyu içər. Həqiqətən də qədərində təsbit edilmiş stəkanda, təsbit edilmiş miqdarda su içər. Ancaq, bunları edərkən öz iradəsi və istəyi ilə etdiyinə dair hiss duyar və həyatı boyunca bu hissi hər etdiyi işdə yaşayar. Allaha və Allahın yaratdığı qədərinə təslim olmuş bir insan ilə bu gerçəyi qavraya bilməyən bir insan arasındakı fərq budur: Təslimiyyətli insan, öz etdiyi hissini yaşamasına baxmayaraq, bunların hamısını Allahın istəyi ilə etdiyini bilər. Digəri isə, hər etdiyini öz ağılı və gücü ilə etdiyini zənn edərək səhvə yol verər.

Qədərə təslimiyyətin əhəmiyyəti

Keçmiş və gələcəyin gerçəkdə Allah qatında yaradılmış və yaşanmış olaraq gizli və hazır hadisələr olması bizə çox əhəmiyyətli gerçəyi göstərir: Hər insan qeyd-şərtsiz qədərinə təslim olmuşdur. İnsan necə keçmişini dəyişdirə bilmirsə, eləcə də gələcəyini də dəyişdirə bilməz. Çünki keçmişi kimi gələcəyi də yaşanmışdır; gələcəyindəki bütün hadisələr, nə vaxt, harada, nə yemək yeyəcəyi, kiminlə nə danışacağı, nə qədər pul qazanacağı, hansı xəstəliklərə tutulacağı, eləcə də nə vaxt, necə, harada öləcəyi hamısı müəyyəndir və bunları dəyişdirə bilməz. Çünki bunlar onsuz da Allah qatında, Allahın hafizəsində yaşanmış şəkildə var. Yalnız bunların məlumatı hələ bizim yaddaşımızda yoxdur.

Keçmiş və gələcək qeyb xəbəridir

Allah Quranın bir çox ayəsində qeybi, yəni görünməyəni, bilinməyəni, şahid olunmayanı bilənin yalnız Özü olduğunu bildirir:
De: “Ey göyləri və yeri yoxdan yaradan, ey gizlini və aşkarı bilən Allah (qeybi və müşahidə edilə biləni bilən Allahım)! Bəndələrin arasında ixtilafda olduqları (məsələlər) barəsində Sən hökm edəcəksən!” (Zumər Surəsi, 46)
Bunlar sənə vəhy etdiyimiz qeyb xəbərlərindəndir. Bundan qabaq onları nə sən, nə də ümmətin bilirdi. Bu halda səbr et. Həqiqətən, (gözəl) aqibət müttəqilərindir! (Hud Surəsi, 49)

“Keçmiş” anlayışı yaddaşımızdakı məlumatlara görə formalaşır

Bizə verilən təlqinə görə keçmiş, bu an və gələcək kimi hissələrə ayrılmış zaman dilimlərini yaşadığımızı zənn edirik. Halbuki, “keçmiş” anlayışına sahib olmağımızın yeganə səbəbi yaddaşımıza bəzi hadisələrin verilməsidir. Gələcəklə əlaqədar hadisələr isə yaddaşımızda yoxdur. Buna görə də biz hələ xəbərdar olmadığımız bu hadisələri “yaşanacaq”, “gələcəkdə meydana gələcək” hadisələr kimi qəbul edirik. Halbuki, keçmiş bizim üçün yaşanmış, təcrübə edilmiş, görülmüş hadisələr oduğu qədər gələcək də eyni şəkildə yaşanmışdır. Ancaq bu hadisələr bizim yaddaşımıza verilmədiyi üçün bunları bilmirik.

Zamanın nisbiliyi qədər gerçəyini də açıqlayır

Zamanın nisbiliyi ilə əlaqədar şərhlərdən və ayələrdən görüldüyü kimi zaman qavrayana görə dəyişən, sabit olmayan anlayışdır. Məsələn, bizim üçün milyardlarla il davam edən zaman parçası, Allah qatında bir andır. Bizim üçün 50 min illik bir müddət mələklər və Cəbrayıl üçün bir gündür.
Bu gerçəyin bilinməsi, qədər (tale, alın yazısı) mövzusunun qavranması üçün çox əhəmiyyətlidir. Çünki qədər, Allahın keçmiş və gələcək hesab olunan bütün hadisələri “bir an” içində yaratmasıdır. Bu da, Allah qatında kainatın yaradılış anından qiyamətə qədər olan hər hadisənin yaşanması və bitməsi deməkdir.

Zamanın nisbiliyi Quranda bildirilmişdir


Zamanın mütləq gerçək deyil, nisbi qavrayış olduğu müasir elmin gəldiyi son nəticələrdəndir. Elmin 20-ci əsrdə kəşf etdiyi bu gerçəyin Quranda 1400 il əvvəl bildirilməsi isə çox böyük möcüzədir.
Bəzi ayələrdə zamanın insanların sandıqlarından çox daha qısa olduğu belə bildirilir.
Dedi ki: “İl sayı olaraq yer üzündə nə qədər qaldınız?” Dedilər ki: “Bir gün ya da bir gündən az qaldıq, sayanlara soruş.” Dedi ki: “Yalnız az (bir zaman) qaldınız, həqiqətən bir bilsəydiniz.” (Muminun Surəsi, 112-114)

Zaman nədir?

Zaman, bir anı digər an ilə müqayisə etdiyimizdə meydana gələn anlayışdır. Yəni zaman bizim yaşadığımız hadisələr arasında apardığımız müqayisəyə söykənir. Məsələn, bir insan otağa girir, sonra yerdə olan qələmi görür və əyilib onu götürür. Daha sonra bu qələmi masaya qoyur. Həmin insan, bütün bu hərəkətlər arasında müqayisə edir. Hər biri arasında müəyyən müddət keçdiyini düşünür və beləcə zaman hissini əldə edir.
Yəni, zaman beyində xatirə olaraq saxlanan bəzi məlumatlar, daha doğrusu görüntülər arasında müqayisə aparıldığında var olur. Əgər bir insanın yaddaşı olmasaydı, o insan hal-hazırkı anı yaşayacaq, beyni bu cür şərhlər edə bilməyəcək və dolayısı ilə zaman hissi də meydana gəlməyəcəkdi.

Qədərə təslimiyyət

Dünya həyatındakı imtahanın çox mühüm bir sirri var. Bu sirri bilən möminlər çətinliklərə qarşı böyük şövq və sevinclə səbir göstərirlər. Bu sirrin əsasında “qədər” gerçəyi dayanır. Müsəlman, Allahın hər şeyi qədər ilə yaratdığını və qarşılaşdığı hadisələrin də ancaq Allahın istəyi ilə reallaşdığını bilir. İnsan həyatını bütün incəliklərinə qədər yaradan Allahdır. Ənam Surəsində dünyada meydana gələn kiçik-böyük bütün hadisələrin Allahın istəyi ilə reallaşdığı belə ifadə edilir:
Qeybin açarları Onun yanındadır, Onları yalnız O bilir. O, quruda və dənizdə nələr olduğunu bilir. Onun xəbəri olmadan yerə düşən bir yarpaq belə yoxdur. Yerin qaranlıqlarında elə bir toxum, elə bir yaş və elə bir quru (şey) yoxdur ki, açıq-aydın Yazıda (Lövhi-Məhfuzda) olmasın. (Ənam Surəsi, 59)

Böyük İslam alimlərinin maddənin gerçəyi ilə bağlı fikirləri

“Kainatda nə varsa hamısı xəyaldır. Ya güzgülərdəki əkslərdir, ya da kölgələr kimidir.” (Mövlana Cami)
“Allah… yaratdığı varlıqların vücudlarını yoxluqdan başqa bir şey etməmişdir… Bütün bunları hiss və qavrayış dərəcəsində yaratmışdır… Aləmin varlığı hiss və qavrayış dərəcəsində olub maddi dərəcədə deyildir… Gerçək mənada xaricimizdə (xarici düyada) Uca Zatdan (Allahdan) başqası yoxdur.” (İmam Rəbbani Hz. Məktubları, cild II, 357. Məktub, sf. 163)

Həqiqətlərdən qaçmaq olmaz


Açıq aşkar göründüyü kimi “xarici dünya”nın maddi gerçəkliyə sahib olmadığı, Allahın davamlı olaraq ruhumuza göstərdiyi görüntülərdən ibarət olduğu elmi və məntiqi həqiqətdir. Qəribədir ki, insanlar bu həqiqətən qaçmağa, düşünməməyə çalışırlar. Çünki bu sirrin açılmasıyla birlikdə malları, dollarları, yaxtaları, lüks avtomobilləri, marka geyimləri, soylu ailələri və holdinqləriylə qürurlanan insanların qürurları hədər gedəcəkdir. Məsələn, qürurla zirehli avtomobilinə və böyük bir ərazidə tikilmiş möhtəşəm evinə vertolyotundan baxan zəngin bir iş adamı, bu gerçəyi qəbul etsə bir anda xəyaldan ibarət olan və xəyal içində yaşayan aciz varlıq olduğunu anlayacaq, iman etsə də, etməsə də Allahın ucalığını, böyüklüyünü və tək mütləq varlıq olduğunu da təqdir etmək məcburiyyətində qalacaq, bununla  gücsüzlüyü və Allaha nə qədər möhtac olduğu ortaya çıxacaqdır.

Dünya həyatı yuxularımızdan fərqli deyil


Bilindiyi kimi, insanlar yuxularında çox dəqiq və həqiqətə oxşar görüntülər görür, cürəbəcür qoxular duyur, bəzən musiqi dinləyir, bəzən avtomobil idarə edir, ləziz yeməklər yeyib dadlarını hiss edir, anasını öpür, həyəcanlanır, qorxur, sevinirlər. Üstəlik hər insan yuxu əsnasında yaşadıqlarının həqiqət olduğundan da əmin olur. Ancaq həqiqətdə nə yeyib daddığı kabab, nə sevdiyi pişik, nə də sürdüyü avtomobil var. Yuxu görən adam o an hərəkətsiz və gözü bağlı şəkildə yatağında uzanır. Üstəlik gerçək həyatından çox da fərqlənməyən şeyləri beynində yaşayır. Yaxşı, bəs onda yuxunu həqiqətdən nə ayırır? Cünki hər ikisi də zehində yaşanır və son dərəcə bənzərdirlər. Yeganə fərq odur ki, yuxularda, alışdığımız səbəb nəticə əlaqələri olmur və biz, yuxularımızda gördüklərimizə görə məsuliyyət daşımırıq.

Qapqaranlıq məkanda üç ölçülü, dərin, rəngarəng görüntü

Bilindiyi kimi beynimiz kəllə sümüyünün içində yerləşir və kəllə sümüyü işığı içəri keçirmir. Yəni başımızın içi zülmət qaranlıqdır. Amma biz bu zülmət qaranlıqda mavi dənizləri, yamyaşıl ağacları, rəngarəng çiçəkləri, günəşin şüalarını və rənglərin hər tonunu görə bilirik. Bu, son dərəcə maraqlıdır və üzərində düşünülməsi vacib olan mövzudur. Çünki əgər biz varlıqların bizim xaricimizdəki hallarını görə bilsəydik, xaricimizdəki görüntünün işıltısını, rənglərini, parıltısını əsla görə bilməzdik. Çünki bu parıltılar və işıqlar kəlləmizə ilişəcək və beynimizdəki görmə mərkəzinə əsla çata bilməyəcəkdi. Elə isə biz bu parıltıları, Ayın və Günəşin şüalarını, evimizdəki elektrik lampasının parlaqlığını necə görə bilirik? İşığın əsla çata bilmədiyi beyində parlaq görüntülər necə meydana gəlir? Bu bölmənin davamında bu problemin cavabını biləcəyik.

Maddənin ardındakı möhtəşəm elm


Düşünmək və araşdırmaq insanın bilmədiklərini öyrənməsini, “baxıb görə bilmədiklərini” görməsini, dünya həyatının gerçək üzünü kəşf etməsini təmin edir. Ancaq, əsas olan, insanın səmimi düşüncə ilə əldə etdiyi gerçəklərdən qaçmaması, kəşf etdiyi gerçəklərə uyğun yeni bir həyata başlayacaq iradəni göstərə bilməsidir. Bu yazıda bu günə qədər heç vaxt rast gəlmədiyiniz, heyrətamiz, baxış bucağınızı tamamilə dəyişdirən bir elm izah ediləcək. Bu elm, tarix boyunca böyük İslam alimlərinin diqqət çəkdiyi, müasir elmin qəti şəkildə sübut etdiyi həqiqətdir. İnsan, həyatının ilk çağlarından etibarən içində yaşadığı dünyanın mütləq maddi həqiqət olduğuna şərtlənmişdir.

Materialistlər tarixin ən böyük tələsinə düşmüşlər


Maddənin hisslərdən ibarət olduğu gerçəyi, müasir elm tərəfindən isbat edilmişdir və çox açıq, qəti, güclü şəkildə ortaya qoyulmuşdur. Materialistlər kor-koranə inandıqları, bel bağladıqları, güvəndikləri maddi dünyanın, içindəki hər şeylə birlikdə tamamilə yox olduğunu görür və buna qarşı heç bir şey edə bilmirlər. İnsanlıq tarixi boyunca materialist düşüncə həmişə var olmuşdur. Bu insanlar da özlərindən və müdafiə etdikləri fəlsəfədən çox əmin şəkildə, özlərini yaratmış olan Allaha qarşı çıxmışlar. Ortaya atdıqları ssenariyə görə maddə əzəli və əbədidir və bütün bunların Yaradıcısı ola bilməz. Yalnız qürurlarına görə Allahı rədd edir və var zənn etdikləri maddənin arxasında gizlənirdilər. Bu fəlsəfədən elə əmindilər ki, heç zaman bunun əksini isbat edən şərh gətirilə bilməyəcəyini düşünürdülər.

Hisslərin beyində meydana gəlməsi fəlsəfə deyil, elmi həqiqətdir



Materialistlər, burada izah etdiklərimizin fəlsəfi görüş olduğunu iddia edirlər. Halbuki bizim “xarici dünya” dediyimiz şeyin hisslər cəmi olduğu, fəlsəfə deyil, elmi gerçəkdir. Görüntünün və hisslərin beyində necə meydana gəldiyi bütün tibb fakültələrində təfərrüatlı şəkildə öyrədilir. Müasir fizika başda olmaqla 20-ci əsr elminin ortaya qoyduğu gerçəklər, maddənin konkret həqiqətə sahib olmadığını, açıq-aydın hər kəsin “beynindəki ekranı” izlədiyini göstərir. Bunu, istər ateist olsun, istər budist olsun, istər başqa düşüncəyə sahib olsun, elmə inanan hər kəs qəbul etmək məcburiyyətindədir. Bir materialist öz aləmində Allahın varlığını inkar edə bilər, amma bu elmi gerçəyi inkar edə bilməz.

Sinirləri paralel bağlama nümunəsi


Politzerin yol qəzası nümunəsinə fikir verək: Bu qəzada, avtobusun altında əzilən insanın beş duyğu orqanından beyninə gedən sinirlər, bir başqa insanın, məsələn Corc Politzerin beyninə paralel şəkildə bağlansa, qəza zamanı həmin insanı avtobus vuranda, o an evində olan Politzeri də avtobus vuracaq. Daha doğrusu, qəzaya düşən adamın yaşadığı hisslərin hamısını, musiqi mərkəzinə bağlanan iki ayrı səs kolonundan eyni mahnının eşidilməsi kimi, Politzer də hiss etməyə başlayacaq. Politzer də evində oturduğu halda avtobusun əyləc səsini, avtobusun bədəninə dəyməsini, qırıq qol və axan qan görüntülərini, sınıq ağrılarını, əməliyyatxanaya girməyinin görüntülərini, gipsin sərtliyini, qolunun gücsüzlüyünü hiss edəcək, görəcək və yaşayacaq. Qəzadakı insanın sinirləri əlavə olaraq neçə insana bağlansa, onların hamısı  Politzer kimi qəzanı əvvəldən axıradək yaşayacaq. Qəzadakı adam komaya girsə, hamısı komaya girəcək. Hətta,  yol qəzasına aid hisslərin hamısı kompyuterə yazılsa və bu hisslər əvvələ yığılıb dəfələrlə başqa bir insana ötürülsə, yenə bu adamı da dəfələrlə avtobus vuracaq.

Yuxudakı dünya


Sizin üçün maddə, əllə tutulan gözlə görülən şeydir. Halbuki yuxuda da “əlinizlə tutur, gözünüzlə görürsünüz”, amma həqiqətdə nə əliniz var, nə də gözünüz, nə də görüb tutacağınız bir şey. Bütün bunları beyinin xaricində təmin edən heç bir maddi həqiqət yoxdur. Açıq aydın aldanırsınız.
Bəs gerçək həyat yuxudan nə ilə fərqlənir? Əslində hər ikisi də beynin içində meydana gəlir. Yuxu zamanı gerçək olmayan dünyada rahatlıqla yaşaya biliriksə, eyni şey yaşadığımız dünyaya da aiddir. Yuxudan oyandığımızda gerçək həyat dediyimiz daha uzun yuxuya başladığımızı düşünməyimizə maneə olacaq heç bir məntiqli səbəb yoxdur. Yuxunu xəyal, dünyanı gerçək saymağımızın səbəbi, yalnız vərdişlərimiz və bəzi subyektiv fikirlərimizdir. Və bu vəziyyət, bir gün yaşadığımızı sandığımız dünya həyatından yuxudan oyanırmış kimi oyandırıla biləcəyimizi göstərir.

Yuxu nümunəsi


İnsan, yuxusunda çox həqiqi hadisələr yaşayır. Nərdivandan yıxılıb ayağını sındırır, ciddi yol qəzası keçirir, avtobusun altında qalır, acdığında yemək yeyib doyur. Gündəlik həyatda rast gəldiyimiz hadisələri eyni inandırıcılıqla, eyni hisslərlə yuxularımızda yaşaya bilirik. Yuxusunda özünü avtobusun vurduğunu görən insan yenə yuxusunda, qəza etdikdən sonra gözünü xəstəxanada aça bilər, şikəst qaldığını anlayar. Amma əslində bu yuxudur. Yenə yuxusunda yol qəzasından sonra öldüyünü, ölüm mələklərinin canını aldığını, axirət həyatının başladığını görə bilər. (Bu hadisə, xəyal olan gerçək dünya həyatında da eyni şəkildə yaşanır.)

Materialistlərin məntiq çatışmazlığı



Bu hissənin əvvəlindən etibarən maddənin materialistlərin iddia etdikləri kimi mütləq varlıq olmadığı, əksinə Allah tərəfindən yaradılan qavrayışlar cəmindən ibarət olduğu elmi cəhətdən izah edildi. Materialistlər isə bütün fəlsəfələrini yox edən bu aşkar həqiqətə qarşı son dərəcə doqmatik şəkildə müqavimət göstərir və əsassız məntiqi mühakimələr irəli sürürlər.
Məsələn, materialist fəlsəfənin 20-ci əsrdəki ən böyük müdafiəçilərindən biri olan qatı marksist düşüncəli Corc Politzer maddənin varlığının “böyük dəlili” olaraq “avtobus nümunəsi”ni vermişdir.

Sahib olduğunuz hər şey əslində hissdir (xəyaldır)

“Xarici dünya”nın maddi həqiqətə sahib olmadığı və Allahın davamlı olaraq ruhumuza göstərdiyi görüntülərdən ibarət olduğu elmi və məntiqi həqiqətdir. Bununla yanaşı insanlar ümumiyyətlə “xarici dünya” anlayışına hər şeyi daxil etmir və ya etmək istəmirlər.
Bu mövzuda bir az səmimi və cəsarətlə düşünsəniz, evinizin, əşyalarınızın və ya antikvarlarınızın, bağ evinizin, təzəcə aldığınız avtomobilinizin, ofisinizin, ləl-cəvahiratlarınızın, bankdakı hesabınızın, qarderobunuzun, həyat yoldaşınızın, uşaqlarınızın, iş yoldaşlarınızın və sahib olduğunuz hər şeyin də sizə göstərilən bu “xəyali xarici dünya”ya aid olduğu həqiqətini anlayarsınız.

Gerçək Mütləq Varlıq

Madam maddi dünya olaraq tanıdığımız şey gerçəkdə ruhumuzun gördüyü hisslərdən ibarətdir, o halda bu hisslərin mənbəyi nədir?… Bu suala cavab verərkən diqqət yetirmək lazımdır ki, maddənin özbaşına müstəqil varlığı yoxdur. Maddə bir qavrayış (hiss) olduğuna görə “süni” bir şeydir. Yəni bu qavrayış başqa güc tərəfindən yaradılmalıdır. Həm də davamlı olaraq yaradılmalıdır. Əgər davamlı şəkildə yaratma olmazsa, maddə dediyimiz hisslər də yox olub gedər. Bunu, televiziya ekranındakı görüntünün davam etməsi üçün, yayımın də davamlı şəkildə verilməsi kimi başa düşə bilərik.

Qavrayan Kimdir?

İçində yaşadığımızı zənn etdiyimiz və “xarici dünya” olaraq adlandırdığımız maddi dünyanın əslində beynimizdə meydana gəldiyinə şübhə yoxdur. Amma burada mühüm sual ortaya çıxır: Bildiyimiz bütün maddi varlıqlar əslində hissdirsə, o zaman beynimiz nədir? Beynimiz də qolumuz, ayağımız və ya hər hansı digər əşya kimi maddi dünyanın bir parçası olduğuna görə o da digər maddələr kimi bir hiss olmalıdır.
Yuxu ilə bağlı çəkəcəyimiz nümunə mövzunu daha yaxşı açıqlayacaq. İndiyədək izah etdiklərimizə uyğun olaraq beynimizin içində yuxu seyr etdiyimizi düşünək.

“Xarici Dünya”nın Varlığı Şərtdir?

“Xarici dünya”ya heç bir zaman çata bilmədiyimizə görə, bu dünyanın həqiqətən var olduğundan necə əmin ola bilərik? Əlbəttə ki, əmin ola bilmərik. Əksinə, hər bir əşya yalnız hisslərin cəmi olduğuna, hisslər də zehində var olduğuna görə var olan tək dünya yalnız hisslər dünyasıdır. Tanıdığımız yeganə  dünya, zehinimizin içində olan, orada təsvir olunan, səsləndirilən və rəngləndirilən bir sözlə zehnimizdə meydana gələn dünyadır və bizim varlığından əmin olacağımız yeganə dünya da elə budur.

Beynimizin içində yaranan “Xarici dünya”

Gördüyümüz, toxunduğumuz, eşitdiyimiz və adına “maddə”, “dünya” ya da “kainat” dediyimiz anlayışlar, yalnız və yalnız beynimizdə yaranan elektrik siqnallarıdır.
Məsələn, meyvə yeyən bir insan meyvənin əslini deyil, beyinindəki kopiyasını hiss edir. Bir insanın “meyvə” deyə adlandırdığı şey, meyvənin ölçüsü, dadı, qoxusu və yumşaqlığına aid elektrik sinallarından ibarət informasiyanın beyində qavranılmasından ibarətdir. Əgər beyinə gedən görmə sinirini kəssəniz, meyvə görüntüsü də o anda yox olar və ya burundakı qəbul edicilərdən beyinə gedən sinirlərdə meydana gələn hər hansı qüsur qoxu hissinizi tamamilə ortadan qaldırar. Çünki, meyvə bir sıra elektrik siqnallarının beyin tərəfindən şərhindən başqa bir şey deyil.

Necə görürük? Necə eşidirik? Necə dadırıq?

Görmə prosesi olduqca mərhələli şəkildə reallaşır. Görmə əsnasında hər hansı cisimdən gələn işıq seli (fotonlar)  gözün önündəki büllurdan qırılaraq keçir və gözün arxa tərəfindəki retinaya tərs olaraq düşür. Buradakı hüceyrələr tərəfindən elektrik siqnalına çevrilən görmə siqnalları sinir yolları vasitəsilə beyinin arxa hissəsindəki görmə mərkəzinə çatdırılır. Bu elektrik siqnalı bir sıra ardıcıl proseslərdən keçdikdən sonra beyindəki bu mərkəzdə görüntü olaraq qavranılır. Yəni görüntü əslində beyinin arxasındakı kiçik və işıq şüalarının heç bir şəkildə daxil ola bilmədiyi, qapqaranlıq nöqtədə meydana gəlir.

Elektrik siqnallarından ibarət olan dünya

Yaşadığımız dünya ilə bağlı bütün məlumatlar bizə beş duyğu vasitəsiylə çatır. Yəni biz gözümüzün gördüyü, əlimizin toxunduğu, burnumuzun iylədiyi, dilimizin daddığı, qulağımızın eşitdiyi dünyanı tanıyırıq. Doğulduğumuz gündən etibarən bu duyğulara bağlı olduğumuz üçün “xarici dünya”nın duyğu üzvlərimizin bizə tanıtdığından fərqli ola biləcəyini heç vaxt düşünməmişik.
Halbuki, bu gün bir çox elm sahəsində aparılan araşdırmalar son dərəcə fərqli nəticələrə gəlmiş, hisslərimiz və qavradığımız dünya ilə bağlı ciddi şübhələrin meydana gəlməsinə səbəb olmuşdur.

Maddənin həqiqi mahiyyəti

Dünyanı ağıl və vicdanla müşahidə edən insan kainatdakı canlı-cansız hər şeyin yaradıldığını dərk edər. Bəs bütün bunlar kim tərəfindən yaradılmışdır?
Aydındır ki, kainatın hər zərrəsində özünü göstərən “yaradılış”, kainatın özünün məhsulu ola bilməz. Məsələn, bir böcək öz-özünü var etməmişdir. Günəş sistemi, bitkilər, insanlar, bakteriyalar, qırmızı qan hüceyrələri, kəpənəklər öz-özlərini yaratmamışdır. Bütün bunların “təsadüfən” meydana gəlməsi ehtimalı da yoxdur.
Deməli, gözümüzlə gördüyümüz hər şey yaradılmışdır… Ancaq, gözümüzlə gördüyümüz şeylərin heç biri “Yaradıcı” deyil. O halda Yaradıcı, gözümüzlə gördüyümüz hər şeydən başqa və üstün bir varlıqdır. Özü görünməyən, lakin yaratdığı hər şeydə Özünün varlığını və xüsusiyyətlərini göstərən üstün gücdür.