Yuxudakı dünya


Sizin üçün maddə, əllə tutulan gözlə görülən şeydir. Halbuki yuxuda da “əlinizlə tutur, gözünüzlə görürsünüz”, amma həqiqətdə nə əliniz var, nə də gözünüz, nə də görüb tutacağınız bir şey. Bütün bunları beyinin xaricində təmin edən heç bir maddi həqiqət yoxdur. Açıq aydın aldanırsınız.
Bəs gerçək həyat yuxudan nə ilə fərqlənir? Əslində hər ikisi də beynin içində meydana gəlir. Yuxu zamanı gerçək olmayan dünyada rahatlıqla yaşaya biliriksə, eyni şey yaşadığımız dünyaya da aiddir. Yuxudan oyandığımızda gerçək həyat dediyimiz daha uzun yuxuya başladığımızı düşünməyimizə maneə olacaq heç bir məntiqli səbəb yoxdur. Yuxunu xəyal, dünyanı gerçək saymağımızın səbəbi, yalnız vərdişlərimiz və bəzi subyektiv fikirlərimizdir. Və bu vəziyyət, bir gün yaşadığımızı sandığımız dünya həyatından yuxudan oyanırmış kimi oyandırıla biləcəyimizi göstərir.

Materialist fəlsəfəni mənimsəyənlərə, xüsusilə də marksistlərə bu gerçək, yəni maddənin əsli izah edildikdə əsəblərini kontrol edə bilmirlər. Bu zaman onlar Marksın, Engelsin, Leninin bu mövzudakı səthi və cahil məntiqlərindən nümunələr gətirirlər.
Halbuki bu insalar yuxularında da eyni nümunələri gətirə bildiklərini düşünməlidirlər. Yuxularında da “Das Kapital”ı oxuyur, mitinqlərə gedir, polislə qarşıdurmaya girirlər, başlarına daş dəyir və hətta bu yaranın ağrısını hiss edirlər. Yuxularında onlardan soruşulduğunda, o an gördükləri şeyləri də “mütləq maddə” sanırlar. Oyanıq olarkən gördükləri şeyləri də “mütləq maddə” zənn etdikləri kimi yuxularında da eyni şeyi zənn edirlər.  Amma, istər yuxuda, istərsə də gündəlik həyatda olsun, gördüklərinin, yaşadıqlarının, hiss etdiklərinin hamısı duyğu üzvlərinin qəbul etdiyi hisslərdir.

3 yorum: