Bilindiyi kimi beynimiz kəllə sümüyünün içində yerləşir və kəllə sümüyü işığı içəri keçirmir. Yəni başımızın içi zülmət qaranlıqdır. Amma biz bu zülmət qaranlıqda mavi dənizləri, yamyaşıl ağacları, rəngarəng çiçəkləri, günəşin şüalarını və rənglərin hər tonunu görə bilirik. Bu, son dərəcə maraqlıdır və üzərində düşünülməsi vacib olan mövzudur. Çünki əgər biz varlıqların bizim xaricimizdəki hallarını görə bilsəydik, xaricimizdəki görüntünün işıltısını, rənglərini, parıltısını əsla görə bilməzdik. Çünki bu parıltılar və işıqlar kəlləmizə ilişəcək və beynimizdəki görmə mərkəzinə əsla çata bilməyəcəkdi. Elə isə biz bu parıltıları, Ayın və Günəşin şüalarını, evimizdəki elektrik lampasının parlaqlığını necə görə bilirik? İşığın əsla çata bilmədiyi beyində parlaq görüntülər necə meydana gəlir? Bu bölmənin davamında bu problemin cavabını biləcəyik.Bütün bunlardan sonra əldə etdiyimiz nəticələrdən biri isə belədir: İnsan heç bir zaman kəllə sümüyünün xaricindəki dünyanı bilə bilməz. İnsanın əlindən gələn yeganə iş beyinə elektrik siqnalları olaraq çatan təsirləri seyr etməkdir.
Uzaqlıq Hissi Aldadıcıdır
Bunları oxuyarkən, otağın qapısı və ya kompüter ilə aranızdakı uzaqlıq hissi sizi aldada bilər. “Hər şey beynimdəki kiçik bir nöqtəyə necə sığır? Günəş, mən və dəniz necə eyni nöqtədə ola bilərik?” deyə düşünə bilərsiniz. Əslində uzaqlıq da beyində meydana gələn boşluq hissinin yaranmasından başqa bir şey deyil. Bu səbəbdən insanın özündən çox uzaqda zənn etdiyi hər şey əslində beynindəki kiçik bir nöqtədə meydana gəlir. Yəni iki ölçülü bir nöqtədə möhtəşəm, üç ölçülü və dərinliyi olan görüntü yaranır. Məsələn, ucsuz-bucaqsız səma, ucsuz-bucaqsız dəniz, prospektin qarşısındakı göydələn, yoldakı avtomobillər və s. hamısı beyinin içindəki bir neçə kub santimetrlik məkanda yaranır. Bunu daha aydın dərk etmək üçün belə bir nümunə verə bilərik.
Evinizdə izlədiyiniz televiziya ekranı əslində düz müstəvidir və iki ölçülüdür. Ancaq bu iki ölçü üzərində işıq, kölgə oyunları və perspektivdən istifadə edilərək üç ölçülü, dərinliyi olan, uzaqlıq hissini verən mənzərə görüntüsü meydana gətirilir. Bu şəkildə beynimizdə meydana gələn görüntü və bütün digər hisslər də belədir. Yəni kiçik, düz müstəvi üzərində yaranan görüntüdə monitordan tutmuş səmadakı günəşə qədər hər məsafəni qavraya bilərik. Amma heç biri əslində bizdən uzaqda deyil, hamısı içimizdə, beynimizdəki kiçik bir nöqtədə hiss edilən qavrayışlardır. Bədənimizin görə bildiyimiz hissəsi, günəş, ulduzlar, kompüter və qarşımızdakı televiziya, hamısı beynimizdəki kiçik bir nöqtədə meydana gəlir. Xaricdə bütün bunların əsillərinin olduğunu əsla bilə bilmərik. Bura qədər izah edilənləri daha yaxşı anlamaq və qavraya bilmək üçün yuxu haqqında düşünə bilərik.
Hiç yorum yok:
Yorum Gönder