“Keçmiş” anlayışı yaddaşımızdakı məlumatlara görə formalaşır

Bizə verilən təlqinə görə keçmiş, bu an və gələcək kimi hissələrə ayrılmış zaman dilimlərini yaşadığımızı zənn edirik. Halbuki, “keçmiş” anlayışına sahib olmağımızın yeganə səbəbi yaddaşımıza bəzi hadisələrin verilməsidir. Gələcəklə əlaqədar hadisələr isə yaddaşımızda yoxdur. Buna görə də biz hələ xəbərdar olmadığımız bu hadisələri “yaşanacaq”, “gələcəkdə meydana gələcək” hadisələr kimi qəbul edirik. Halbuki, keçmiş bizim üçün yaşanmış, təcrübə edilmiş, görülmüş hadisələr oduğu qədər gələcək də eyni şəkildə yaşanmışdır. Ancaq bu hadisələr bizim yaddaşımıza verilmədiyi üçün bunları bilmirik.

Allah bizə hadisələri müəyyən bir sıra içində, kiçikdən böyüyə doğru axacaq şəkildə, sanki keçmişdən gələcəyə axan bir zaman varmış kimi qavratdığı üçün bizə gələcəyimizlə əlaqədar hadisələri bildirmir, bunların məlumatını yaddaşımıza vermir. Gələcək bizim yaddaşımızda yoxdur, ancaq Allahın sonsuz hifzində (hafizəsində), bütün insanların keçmişləri və gələcəkləri var. Bu, bir insanın həyatını onsuzda mövcud olan filmdən izləməsi kimidir. Film onsuzda çəkilmiş və bitmişdir. Ancaq bu filmi irəli yiğma imkanı olmayan insan kadrları tək-tək seyr etdikcə həyatını görür. Hələ seyr etmədiyi kadrların isə gələcəyi olduğunu zənn edərək yanılır.

2 yorum: