Politzerin yol qəzası nümunəsinə fikir verək: Bu qəzada, avtobusun altında əzilən insanın beş duyğu orqanından beyninə gedən sinirlər, bir başqa insanın, məsələn Corc Politzerin beyninə paralel şəkildə bağlansa, qəza zamanı həmin insanı avtobus vuranda, o an evində olan Politzeri də avtobus vuracaq. Daha doğrusu, qəzaya düşən adamın yaşadığı hisslərin hamısını, musiqi mərkəzinə bağlanan iki ayrı səs kolonundan eyni mahnının eşidilməsi kimi, Politzer də hiss etməyə başlayacaq. Politzer də evində oturduğu halda avtobusun əyləc səsini, avtobusun bədəninə dəyməsini, qırıq qol və axan qan görüntülərini, sınıq ağrılarını, əməliyyatxanaya girməyinin görüntülərini, gipsin sərtliyini, qolunun gücsüzlüyünü hiss edəcək, görəcək və yaşayacaq. Qəzadakı insanın sinirləri əlavə olaraq neçə insana bağlansa, onların hamısı Politzer kimi qəzanı əvvəldən axıradək yaşayacaq. Qəzadakı adam komaya girsə, hamısı komaya girəcək. Hətta, yol qəzasına aid hisslərin hamısı kompyuterə yazılsa və bu hisslər əvvələ yığılıb dəfələrlə başqa bir insana ötürülsə, yenə bu adamı da dəfələrlə avtobus vuracaq.
Yaxşı o halda, hansı adama dəyən avtobus gerçəkdir? Materialist fəlsəfə bu suala ziddiyət təşkil etməyən cavab verə bilməz. Əslində, həmin insanlar yol qəzasını öz zehinlərində ən incə təfərrüatına qədər yaşayırlar.
Tort və daşa təpik atma nümunələri üçün də vəziyyət eynidir. Tort yeyincə qarınında tortun çəkisini və toxluğu hiss edən Engelsin duyğu orqanlarına aid sinirlər paralel olaraq ikinci insanın beyninə bağlansa, Engels tort yediyi və doyduğu anda o adam da tort yeyəcək və doyacaq. Daşa təpik atdıqda ayağı ağrıyan materialist Consonun sinirləri paralel olaraq başqa insana bağlansa, bu adam da daşa vuracaq və ayağı ağrıyacaq.
Yaxşı hansı tort və hansı daş gerçəkdir? Materialist fəlsəfə, buna da ziddiyyətsiz cavab verə bilməz. Doğru və ziddiyyət təşkil etməyən cavab budur: Həm Engels, həm digər insan tortu öz zehinlərində yeyib doyublar. Həm Conson, həm də ikinci insan, daşa təpik atma anını öz zehinlərində bütün təfərrüatı ilə yaşayırlar.
Yuxarıda Politzerlə bağlı verdiyimiz nümunədə belə bir dəyişiklik edək; evində oturan Politzerin sinirlərini avtobusun vurduğu insanın beyninə, avtobusun vurduğu insanın sinirlərini də Politzerin beyninə bağlayaq. Bu vəziyyətdə, Politzer əslində evində oturduğu halda özünü avtobusun vurduğunu zənn edəcək, avtobusun vurduğu insan isə qəzanın bütün şiddətinə baxmayaraq, bunu əsla hiss edə bilməyəcək, çünki özünün evdə oturduğunu düşünəcək. Bu məntiq tort və daşa təpik vurma nümunələri üçün də eynilik təşkil edir.
Görüldüyü kimi insanın hisslərini aşması və xaricinə çıxması mümkün deyil. Bu vəziyyətdə heç bir maddi varlıq və maddi mühit olmadığı halda hər şey insan ruhuna seyr etdirilə bilər. Belə ki, insanın bunu anlaması mümkün deyil, hətta izlətdirilən üç koordinatlı mükəmməl görüntüləri gerçək zənn edib varlığından da son dərəcə əmin olacaqdır. Çünki hər insan duyğu orqanlarına hiss etdirilən hisslərdən asılıdır.
İngilis filosof David Hume bu gerçək haqqındakı düşüncələrini belə ifadə etmişdir:
"Çox səmimi olaraq, Özüm dediyim şeyə daxil olduğum zaman, isti və ya soyuğa, işıq və ya kölgəyə, eşq və ya nifrətə, ağrı və ya ləzzətə dair xüsusi hissə ya da başqa bir şeyə daimi olaraq rast gəlirəm. Mən hiss olmadan hər hansı bir zamanda özümü əsla yaxalaya, tuta bilmərəm və əsla hissdən, xəyaldan başqa bir şeyi müşahidə edə bilmərəm". (Paul Davies, Tanrı və Yeni Fizika, Çev: Murat Əsaslı, İm Nəşr Dizayn Həyat Kitabları-1, İstanbul 1995, s. 180-181)

Hiç yorum yok:
Yorum Gönder