Həqiqətlərdən qaçmaq olmaz


Açıq aşkar göründüyü kimi “xarici dünya”nın maddi gerçəkliyə sahib olmadığı, Allahın davamlı olaraq ruhumuza göstərdiyi görüntülərdən ibarət olduğu elmi və məntiqi həqiqətdir. Qəribədir ki, insanlar bu həqiqətən qaçmağa, düşünməməyə çalışırlar. Çünki bu sirrin açılmasıyla birlikdə malları, dollarları, yaxtaları, lüks avtomobilləri, marka geyimləri, soylu ailələri və holdinqləriylə qürurlanan insanların qürurları hədər gedəcəkdir. Məsələn, qürurla zirehli avtomobilinə və böyük bir ərazidə tikilmiş möhtəşəm evinə vertolyotundan baxan zəngin bir iş adamı, bu gerçəyi qəbul etsə bir anda xəyaldan ibarət olan və xəyal içində yaşayan aciz varlıq olduğunu anlayacaq, iman etsə də, etməsə də Allahın ucalığını, böyüklüyünü və tək mütləq varlıq olduğunu da təqdir etmək məcburiyyətində qalacaq, bununla  gücsüzlüyü və Allaha nə qədər möhtac olduğu ortaya çıxacaqdır.
Maddənin bir xəyaldan ibarət olduğu bilindikdə, lüks kafelərdə, əyləncə mərkəzlərində təkəbbürlənməyin, insanları alçaltmağın, digərləri ilə lağ etməyin nə qədər mənasız olduğu idrak ediləcəkdir. Materialist zehniyyətdəki insanların bütün qorxularının və həqiqətdən qaçmaqlarının səbəbi budur; bu gerçəyi bilməklə,  qürur, ehtiras üzərində qurulmuş həyatlarının öz ifadələriylə “dadı qaçacaq”dır. Bunun üçün bu mövzunu həm düşünməz, həm də düşünülməsini və gündəmə gətirilməsini istəməzlər.
Şübhəsiz bu gerçəyin fərqinə varmaq materialistlər üçün ən dəhşətli hadisədir. Çünki sahib olduqları hər şeyin bir xəyaldan ibarət olması, öz sözləri ilə desək onlar üçün hələ dünyadaykən “ölməmişdən əvvəl ölmək” hökmündədir. Bu gerçəklə birlikdə bir Allah, bir də özləri qalmışdır. Necə ki, Allah “Məni Öz yaratdığım kimsə ilə tək burax!” (Muddəssir Surəsi, 11) ayəsiylə hər insanın Öz qatında əslində yalnız olduğu gerçəyinə diqqət çəkmişdir. Məhz buna görə bu həqiqətin insanlara geniş şəkildə izah edilməsi çox əhəmiyyətlidir. Çünki maddənin gerçək mahiyyəti ilə bağlı olan bu mövzu, maddəni ilah etmiş  materialist fəlsəfəni qəti şəkildə yıxan gerçəkdir. Bu gerçəyin yayılmasıyla 21-ci əsr insanların geniş şəkildə İlahi gerçəkləri qavrayacaqları və tək mütləq varlıq olan Allaha yönələcəkləri tarixi dönüş nöqtəsi olacaqdır. 21-ci əsrdə, 19-cu əsrin materialist inancları tarixin zibilliyinə atılacaq, Allahın varlığı və yaradılışı qavranılacaq, məkansızlıq, zamansızlıq kimi gerçəklər aydın olacaq, insanlıq əsrlərdir gözlərinin önünə çəkilmiş pərdələrdən, yalanlardan və batil inanclardan xilas olacaqdır.

1 yorum: