Böyük İslam alimlərinin maddənin gerçəyi ilə bağlı fikirləri

“Kainatda nə varsa hamısı xəyaldır. Ya güzgülərdəki əkslərdir, ya da kölgələr kimidir.” (Mövlana Cami)
“Allah… yaratdığı varlıqların vücudlarını yoxluqdan başqa bir şey etməmişdir… Bütün bunları hiss və qavrayış dərəcəsində yaratmışdır… Aləmin varlığı hiss və qavrayış dərəcəsində olub maddi dərəcədə deyildir… Gerçək mənada xaricimizdə (xarici düyada) Uca Zatdan (Allahdan) başqası yoxdur.” (İmam Rəbbani Hz. Məktubları, cild II, 357. Məktub, sf. 163)

“O mövhum dairə, xəyalda təsvir edilir. O təsvir edildiyi mərtəbədə də görülür. Amma xəyal gözü ilə. Lakin xaricimizdə əsas göz ilə görüldüyü sanılır. Lakin vəziyyət elə deyil. Xaricimizdə onun nə adı vardır, nə də izi. Bəli, belə bir vəziyyət yoxdur ki, orada görülsün. Güzgüdə əks olunan bir adamın üzü də bu şəkil üzrədir. Çünki onun xaricimizdə bir sabitliyi yoxdur. Əlbəttə onun sabitliyi və görünüşü- hər ikisi  XƏYALDIR. Ən doğru bilən Sübhan Allahdır.” (İmam Rəbbani Hz. Məktubları, dəri II, 470. Məktub, sf. 1432)
“Hər varlıq yoxluqdur, Sən varsan ancaq” (Nizami Gəncəvi, İsgəndərnamə- Şərəfnamə)
Beynimizin yerləşdiyi kəllə sümüyü işıq şüalarını qətiyyən içəri buraxmır. Bu səbəbdən başımızın daxili zülmət qaranlıqdır. Amma biz bu zülmət qaranlıqda mavi dənizləri, yamyaşıl ağacları, rəngarəng çiçəkləri, günəşin parıltılarını və rənglərin hər tonunu görə bilirik. İnsanın həyatı boyunca gördüyü hər görüntü beynin arxa tərəfindəki görmə mərkəzində meydana gəlir və bu mərkəz yalnız bir neçə kub santimetr böyüklüyündədir. Dar bir otağın görüntüsü də, geniş mənzərənin görüntüsü də beyindəki bu kiçik sahəyə sığır. İnsan yuxudaykən özünü çox gözəl avtomobil sahibi kimi görə bilər və o anı bütün gerçəkliyi ilə yaşaya bilər. Ancaq oyandığında yuxu gördüyünü anlayar. İnsan izah edilən bu gerçəklər haqqında bir az dərin düşünsə, bu heyrətamiz vəziyyəti açıq aşkar fərq edər. Yəni dünyadakı bütün hadisələrin bir xəyaldan ibarət olduğunu…

2 yorum: