Materialistlərin məntiq çatışmazlığı



Bu hissənin əvvəlindən etibarən maddənin materialistlərin iddia etdikləri kimi mütləq varlıq olmadığı, əksinə Allah tərəfindən yaradılan qavrayışlar cəmindən ibarət olduğu elmi cəhətdən izah edildi. Materialistlər isə bütün fəlsəfələrini yox edən bu aşkar həqiqətə qarşı son dərəcə doqmatik şəkildə müqavimət göstərir və əsassız məntiqi mühakimələr irəli sürürlər.
Məsələn, materialist fəlsəfənin 20-ci əsrdəki ən böyük müdafiəçilərindən biri olan qatı marksist düşüncəli Corc Politzer maddənin varlığının “böyük dəlili” olaraq “avtobus nümunəsi”ni vermişdir.
Politzerə görə maddənin qavrayış olduğunu müdafiə edən mütəfəkkirlər də şosedə avtobus gördükləri zaman əzilməmək üçün qaçırlar və bu maddənin obyektiv varlığının isbatıdır. (Corc Politzer, Fəlsəfənin Başlanğıc Qanunları, İstanbul: İctimai Nəşrlər, 1989, s. 53.)
Bir başqa məşhur materialist alim Consona (Johnson) maddənin qavrayışlar cəmi olduğu izah edildikdə isə daşlara təpik vuraraq onların fiziki varlığını “sübut etməyə” çalışmışdır. (Orxan Hançerlioğlu, Düşünce Tarihi, istanbul: Remzi Nəşriyyat, 6.b., 1995 Sentyabr, s. 261.)
Başqa nümunə isə Politzerin müəllimi və dialektik materializmin Marksla birlikdə qurucusu olan Fridrix Engels (Friedrich Engels) tərəfindən verilmişdir. Engels “əgər yediyimiz tortlar bir hiss, qavrayış olsaydı, aclığımızı yox etməzdilər” deyə yazmışdır. (Corc Politzer, Fəlsəfənin Başlanğıc Qanunları, istanbul: İctimai Nəşrlər, 1989, s. 65.) Marks, Engels, Lenin kimi məşhur materialistlərin kitablarında həmişə bu cür nümunələr və “maddənin varlığını yumruq yeyincə anlayarsınız” kimi nifrət dolu cümlələr işlədilir.
Materialistlərin bu tip nümunələr gətirmələrinə səbəbi isə “maddə xəyaldır” şərhini, “maddə işıq oyunudur” şəklində başa düşmələridir. Xəyal anlayışının yalnız görməklə məhdud olduğunu, toxunma kimi hisslərin isə obyektiv qarşılığının olduğunu zənn edirlər. Avtobusun insanı vurması məsələsində də “baxın, vurur, deməli xəyal deyil” deyirlər. Qavramaqda çətinlik çəkdikləri məqam odur ki, avtobusun insanı vurması zamanı yaşanan sərtlik, zərbə və ağrı kimi bütün hisslər də yalnız zehində meydana gəlir.

3 yorum: