Yuxu nümunəsi


İnsan, yuxusunda çox həqiqi hadisələr yaşayır. Nərdivandan yıxılıb ayağını sındırır, ciddi yol qəzası keçirir, avtobusun altında qalır, acdığında yemək yeyib doyur. Gündəlik həyatda rast gəldiyimiz hadisələri eyni inandırıcılıqla, eyni hisslərlə yuxularımızda yaşaya bilirik. Yuxusunda özünü avtobusun vurduğunu görən insan yenə yuxusunda, qəza etdikdən sonra gözünü xəstəxanada aça bilər, şikəst qaldığını anlayar. Amma əslində bu yuxudur. Yenə yuxusunda yol qəzasından sonra öldüyünü, ölüm mələklərinin canını aldığını, axirət həyatının başladığını görə bilər. (Bu hadisə, xəyal olan gerçək dünya həyatında da eyni şəkildə yaşanır.)

Yuxusunda bütün bu hadisələrin görüntülərini, səslərini, sərtlik hissini, ağrını, işığı, rəngləri, hər cür hissi çox aydın şəkildə yaşayır. Yuxuda əlaqədar olduğu hisslərin hamısı gerçək həyatda olduğu kimi təbiidir. Yuxuda yediyi yemək hisslərdən ibarət olmasına baxmayaraq qarınını doyurur. Çünki doymaq da bir hissdir. Halbuki, əslində o anda insan yataqda uzanmış vəziyyətdədir. Ortada nə nərdivan, nə yol, nə avtobus, nə tort var. Yuxudakı adam, xarici dünyada qarşılıqları olmayan qavrayış və hissləri yaşayır və görür. Yuxuda, “xarici dünya”da heç bir maddi qarşılığı olmayan hadisələrin yaşanan, görülən, hiss edilən olması, “xarici dünya”nın tamamilə hisslərdən meydana gəldiyini çox dəqiq şəkildə ortaya qoyur.

1 yorum: