Zamanın nisbiliyi Quranda bildirilmişdir


Zamanın mütləq gerçək deyil, nisbi qavrayış olduğu müasir elmin gəldiyi son nəticələrdəndir. Elmin 20-ci əsrdə kəşf etdiyi bu gerçəyin Quranda 1400 il əvvəl bildirilməsi isə çox böyük möcüzədir.
Bəzi ayələrdə zamanın insanların sandıqlarından çox daha qısa olduğu belə bildirilir.
Dedi ki: “İl sayı olaraq yer üzündə nə qədər qaldınız?” Dedilər ki: “Bir gün ya da bir gündən az qaldıq, sayanlara soruş.” Dedi ki: “Yalnız az (bir zaman) qaldınız, həqiqətən bir bilsəydiniz.” (Muminun Surəsi, 112-114)
Quranda başqa ayələrdə isə fərqli ölçülərdə zamanın daha fərqli sürətlə keçdiyi xəbər verilir. Məsələn: Allah qatındakı bir günün insanların min ilinə bərabər olduğu ifadə edilir. (Həcc Surəsi, 47) Bu mövzu ilə əlaqədar digər ayələr belədir:
Mələklər və ruh (Cəbrail) Onun dərgahına (dünya ilə müqayisədə) müddəti əlli min il olan bir gündə qalxarlar. (Məaric Surəsi, 4)
O, göydən yerə qədər olan bütün işləri idarə edir. Sonra (həmin işlər) sizin saydığınızın (dünya ilinin) min ilinə bərabər olan bir gündə Ona doğru yüksələr. (Səcdə Surəsi, 5)

3 yorum: